Genosid, yaxud sоyqırımı – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, bu Konvensiyada “soyqırımı” dedikdə, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür: bu cür qrupun üzvlərinin öldürülməsi; bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. Konvensiyanın preambulasında soyqırım yalnız “beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət” hesab edilmir, həmçinin “bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız böyük itkisi” sayılır.
Humanizmin Heydər Əliyev zirvəsi
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il fevral ayının 10-da Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Yaşamaq hüququ insanın ayrılmaz təbii hüququdur, yəni hər kəs bu hüquqa malikdir. Bu müddəa insan hüquqları haqqında bütün beynəlxalq aktlarda, o cümlədən bütün dünya dövlətlərinin əsas qanunlarında, konstitusiyalarında öz əksini tapmışdır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Qətnaməsi ilə qəbul və bəyan edilən İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsində qeyd olunur: “Hər birşəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var”.
Vətəndaş müraciətləri və onlara baxılması yolları
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində vətəndaşların müraciət etmək hüququ təsbit olunub. Konstitusiyaya əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
Cinayətin törədilməsinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması vəzifəsi
Cinayətlərin qarşısının alınması cinayət qanunvericiliyinin əsas vəzifələrindən biri kimi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasnın Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
Sürücü məsuliyyəti, piyada mədəniyyəti...
Bu gün insanların həyatını nəqliyyatsız təsəvvür etmək mümkün deyil. Bütün yeni texnologiyalar kimi nəqliyyatın inkaşfı da özünəməxsusluğu ilə müşayiət olunur. Bu özünəməxsusluğun təməlində isə yol hərəkəti təhlükəsizliyin təmin edilməsi dayanır.
Yol hərəkəti xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur. Yol hərəkətinin təşkili isə nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir. Yol hərəkəti ilə bağlı qəbul olunmuş bütün normativ-hüquqi aktların əsas məqsədi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsidir.