Sual: İnzibati xəta törətmiş şəxsin səmimi peşmaçılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngüllüşdirən hallar sırasına aiddirmi?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Belə ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi,. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi, inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur.(https://naxcivanxeberleri.com/bloq/inzibati-xeta-toretmis-sexsin-pesmaciligi-mesuliyyeti-yungullesdirirmi-11834)
Kəngərli rayon prokurorunun köməkçisi Şahmar Həşimov