Sudan qeyri-qanuni istifadə dedikdə nə başa düşülür?

Sual: Sudan qeyri-qanuni istifadə dedikdə nə başa düşülür? 

Cavab: Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması, yəni sudan qeyri-qanuni istifadə qanunla qadağan edilir.
Sudan qeyri-qanuni istifadəyə görə inzibati məsuliyyət
Talanmış suyun dəyəri 5000 manatdan aşağı olduqda əməl inzibati xəta hesab edilir və fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.
Sudan qeyri-qanuni istifadəyə görə cinayət məsuliyyəti
Talanmış suyun dəyəri 5000 manatdan yuxarı olduqda əməl cinayət hesab edilir və 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Su təchizatı müəssisəsi ilə müqavilə əsasında sudan istifadə edən şəxs (istehlakçı) və onun vəzifələri:(https://naxcivanxeberleri.com/bloq/sudan-qeyri-qanuni-istifade-dedikde-ne-basa-dusulur-11759)

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri Səttar Əsgərov