İstehlakçı hüquq təsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədilə maneəsiz olaraq ona məxsus əraziyə buraxmaq vəzifəsini daşıyır.
Bu tələbə riayət etməyən istehlakçılar inzibati məsuliyyətə cəlb edilir və fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.
Su təchizatı müəssisəsinin vəzifələri:
Su təchizatını həyata keçirən müəssisəsnin vəzifəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqdan ibarətdir.
Nəzərə almaq lazımdır ki, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.(https://naxcivanxeberleri.com/bloq/istehlakci-su-techizati-ve-kanalizasiya-muessisesinin-xidmetlerinden-istifade-eden-huquqi-ve-fiziki-sexsdir-11767)