Sual: Dövlət orqanının vəzifəli şəxsinə məni işlə təmin etməsi üçün rüşvət vermişəm, lakin o məndən pul alaraq məni işlə təmin etməyib. Hal-hazırda həmin şəxsdən şikayət edə bilmirəm, çünki özüm də rüşvət verərək cinayət törətmişəm. Mənə necə köməklik oluna bilər?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeyd hissəsinə əsasən “Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir”.(https://naxcivanxeberleri.com/bloq/rusvet-almaq-yoxsa-rusvet-vermek-11841)
Kəngərli rayon prokurorunun köməkçisi Şahmar Həşimov