Azərbaycanın müasir inkişafı dahi lider Heydər Əliyevə borcludur

Heydər Əliyev Azərbaycan xalqının ümummili lideri: Nə qədər ki, Azərbaycan var məndə varam,mən isə Azərbaycanda əbədi olacağam!

Əsrlər keçəcək, nəsillər dəyişə­cək, amma Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında, tariximizdə daim yaşayacaq. Təkcə ona görə yox ki, Heydər Əliyev dühası, onun siyasi kursu, ölkəmizə rəhbərliyi Azərbaycana, xalqımıza yalnız tə­rəqqi, inkişaf bəxş edib, Heydər Əliyev öz bilik və bacarığını rəh­bərlik etdiyi bu dövlətin xoşbəxt gələcəyinin qurulmasına yönəldib.Həm də ona görə ki, Heydər Əliyev bütün ömrünü, həyatını dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda canını belə əsirgəməyən liderdir.

Dahi lider, böyük şəxsiyyət Heydər Əliyev Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək ölkəsini, xalqını, dövlətini xilas edib, millətinin gələcəyini təmin edib. Heydər Əliyev öz əməlləri, fəaliyyəti, xalqımıza, döv­lətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq örnəyi nümayiş etdirib. 1969-1993-cü illərdə Azərbaycanın ən ağır dövrlərində hakimiyyət sükanına əyləşən öndər Heydər Əliyev həm də zəngin bir dövlət idarəçiliyi ənənəsi formalaşdırıb. Bu baxımdan 1969-cu il Azərbaycan tarixində daşıdığı missiya və spesifikliyi ilə oz layiqli və şərəlli yerini tutub. Bu dövrdə iqtisadi, sosial, ideoloji sahələrdə böyük problemlər yaşayan Azərbaycan keçmiş ittifaq dövlətləri sırasında ən geridə qalmışlardan biri idi. Mərkəzi hakimiyyət bu du­rumu düzəltmək və böhranı aradan qaldırmaq üçün müxtəlif addımlar atsa da, bu, faktiki olaraq mümkün olmamışdı. Yalnız Azərbaycan Kommunist Partiyası Mərkəzi Ko­mitəsinin plenumunun qərarı ilə Heydər Əlirza oğlu Əliyevin Mər­kəzi Komitənin birinci katibi se­çilməsi ilə respublikada köklü, in­qilabi dəyişikliklərin edilməsi üçün zəmin yarandı.

Azərbaycan öz mədəniyyəti, in­cəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmış bir ölkədir. Xalqı­mızın milli-mənəvi dəyərlərinin kök­ləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlayıb. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mə­dəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin in­kişafını həmişə diqqət mərkəzində saxlayıb. Ulu öndər yax­şı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara ye­ganə təminat isə sağlam cəmiyyət quruculuğuna diq­qət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bü­tün cəmiyyətə daha dərin­dən və əzmlə aşılamaqdır. Dahi lider Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təb­liği və yeni estetik düşün­cəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

Ulu öndər Heydər Əliyevin böyük diqqət və qətiyyətlə həyata keçirdiyi məsələlərdən biri də xal­qımızın öz milli, tarixi köklərinə, ənənələrinə qa­yıdışı, dəyərlərimizin ye­nidən bərpası idi. Bu mə­nada illər idi ki, qadağan olunmuş tarixi bayramla­rımızın yenidən qeyd olun­mağa başlanması, dini də­yərlərin bərpası kimi o zamankı dövrün reallaqları ilə qey­ri-mümkün görünən işləri Heydər Əliyev cəsarətlə görə, həyata ke­çirməyə müvəffəq ola bilibdi. Digər tərəfdən, Azərbaycan dilinin dövlət dili kimi elan olunması və bu məsələnin 1978-ci ildə qəbul olunmuş Konstitusiyada təsbit olun­ması Azərbaycan xalqının milli kim­liyinin özünə qaytarılması baxımın­dan atılmış ən önəmli addımlardan idi. Tarixi şəxsiyyətlərə münasibətin dəyişdirilməsi, Azərbaycan tarixində öz xidmətlərinə görə fərqlənib, seçilmiş insanların layiqincə dəyər­ləndirilməsi Ulu Öndərin “Qoy ədalət zəfər çalsın” şüarı altında göstərdiyi genişmiqyaslı və çoxşaxəli fəaliy­yətinin başlıca istiqamətləri idi.

Taleyini, ömrünü Azərbayca­na, xalqımıza həsr edən Ulu Öndər Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müa­vini vəzifəsinə təyin olunaraq Mosk­vaya gedərkən də, fəaliyyətinin son­rakı dövrlərində də daima Azərbay­canla bağlı olmuş, fəaliyyətini kon­kret bu mərama yönəldibdi. Bakıda 1990-cı il 20 yanvar hadisələri, buna paralel olaraq, Ermənistan silahlı qüvvələrinin öz himayədarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsi, ölkədaxili çaxnaşmalar, silahlı qiyamlar, iqtisadi böhran yeni yaranmış bir dövlətdə yaşana biləcək çox ağır hadisələr idi. Bu xaotik dönəmdə ölkənin də, xalqın da, dövlətin də taleyi şübhə altına alın­mışdı. Azərbaycanı xilas edəcək bö­yük şəxsiyyətə, bacarıqlı siyasətçi və dövlət xadiminə qaçılmaz ehtiyac var idi. Xalqın bütün təbəqələrinin “Heydər baba, bizi xilas et” şüarları ilə çıxışı, 91 nəfər Azərbaycanın görkəmli ziyalısının tarixi müraciəti xalqın yekdil rəyi və səsilə dahi şəxsiyyət Heydər Əliyevin yalnız xilaskar kimi göründüyünü təsdiq edir. Ulu öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi xalqının, vətəninin çağırış nidasına səs verərək yenə də növbəti dəfə tarixin axarını də­yişdirmək, xalqa, ölkəyə gün ağla­maq missiyası ilə hakimiyyətə öz mübarək qədəmlərini atdı: xalqı ha­kimiyyətin mənbəyinə, ölkəni in­kişafa, dövləti qüdrətə çatdırdı.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışını Azərbaycan müstəqilli­yinin yeni tarixində ikinci mərhə­lənin - dirçəliş mərhələsinin başlanğıcı kimi səciyyələndirmək la­zımdır. Bu günün xalq tərəfindən əziz bayram kimi - Milli Qurtuluş Günü olaraq qeyd olunması da ta­rixin bu qısa zaman kəsiyinin xalqın taleyində, müstəqilliyin qorunub saxlanmasında necə müstəsna rol oynadığını aydın göstərir. Dahi lider ölkəni təhdid edən vətəndaş müha­ribəsinin, qardaş qırğınının qarşısını aldı. Ulu öndər xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, ha­kimiyyət uğrunda gedən çəkişmə­lərə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissini unutmaq­da və bununla da, xalqın milli bir­liyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq məhz bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Ölkə daxilində döv­lətçiliyin möhkəmləndirilməsi, onun qüdrət və əzəmətinin nümayişi Azər­baycan dövlətinə beynəlxalq aləmdə də hörmət və inamı artırdı. Bir sıra ölkələr yalnız bundan sonra ölkə­mizlə iqtisadi-siyasi münasibətləri genişləndirməyə başladılar.

Tarix sübut etdi ki, yalnız Heydər Əliyev nüfuzu, Heydər Əliyev siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil döv­lətçiliyimizi yaradıb-möhkəmlən­dirmək qüdrətinə malik idi. Böyük öndərin dühasının yenilməzliyi onda idi ki, o, ömrü boyu xalqa arxalan­mış, həyatının mənasını xalqa xid­mətdə görübdü.Bu baxımdan “Mən bütün ömıümü xalqa bağış­layıram” amalı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyət missi­yasının hərəkətverici qüvvəsi idi.

...Şübhəsiz ki, bundan sonra da Azərbaycana böyük siyasətçilər gələcək, bu torpaq bundan sonra da çox böyük və dahi şəxsiyyətlər yetişdirəcək. Ancaq onlar böyük xilaskar Heydər Əliyev zirvəsinə, Heydər Əliyev ucalığına qalxa, bu zirvələri fəth edə bilməyəcəklər. O zirvələr ki, zaman keçdikcə, hadi­sələrin istiliyi soyuduqca, daha aydın görünür. Və illər keçdikcə, nəsillər dəyişdikcə əbədiyaşar bir, lider olaraq Azər­baycan adının səsləndiyi hər bir yerdə, nəhəng siyasət üfiqlərində bütün aydınlığı ilə görünür.

Zaman sürətlə ötüb keçir, bizi gələcəyə, yeni dövrə, həyata götürür, amma keçmişdən gələcəyə bu uz­laşmada həyat məntiqi öz müdrik­liyi ilə bizi dahi liderimiz Heydər Əliyevə daha da yaxınlaşdırır. Gə­ləcəyin məntiqi idrakı da bizi dahi Heydər Əliyevin nə qədər müdrik, uzaqgörən bir lider olmasına hey­rətləndirir, onun əzəmətli şəxsiy­yətinə minnətdarlıq yaradır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı ən böyük xidməti ölkənin gələcəyini etibar edə biləcək layiqli siyasi varisin cəmiyyətə təqdim etməsidir.Çox sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyev tə­rəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası öz bəhrələrini verdi. Təmin olunmuş siyasi sabitlik və şəffaf dövlət idarəçiliyi ölkədə siyasi və iqtisadi islahatların uğurla aparılmasına yol açdı. Azərbaycan xalqı tarixi Zəfər çaldı. Ali baş komandanın rəhbərliyi ilə Qarabağ azad edildi. İndi yeni mərhələ başalayıb məcburi qaçqınlarımız yeni tikilmiş evlərinə köçür.

Ümu­miyyətlə, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan inkişaf strategiyası hərtərəfli şəkildə Azərbaycanı tə­rəqqiyə aparır, inkişaf vəd edir, qüdrətə qovuşdurur.(https://naxcivanxeberleri.com/bloq/azerbaycanin-muasir-inkisafi-dahi-lider-heyder-eliyeve-borcludur-29233)

 

Səttar ƏSGƏROV

Naxçıvan Muxtar Respublikası Prokurorunun köməkçisi 

(Mətbuat xidməti üzrə) ədliyyə müşaviri