May ayının 10-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev məruzə ilə çıxış edərək qeyd etdi ki, 10 may günü Azərbaycan xalqının taleyində və tarixində hər zaman fəxrlə yad edilən bir gündür. Ona görə ki, xalqımızın ümummilli lideri, böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev 1923-cü ilin bu günündə dünyaya gəlmişdir.