Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru iştirak etmişdir.

Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov "Qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımağa görə inzibati və cinayət məsuliyyəti" başlıqlı mövzu ilə, şəhər prokurorluğunun böyük müstəntiqi II dərəcəli hüquqşünas İbrahim Hüseynov isə "Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” başlıqlı mövzu ilə çıxış ediblər.

Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Mətbuat Xidməti