Dekabr ayının 14-də Naxçıvan Muxtar Respublikası tərəfindən Naxçıvan Naxçıvan Dövlət Universitetinin Tibb Kollecində “Ümummilli Lider Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Tibb Killecinin direktoru Sona Məmmədaova giriş sözü ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov “Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi islahatların memarıdır” mövzusunda çıxış edərək müəllifi olduğu və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf etdiyi “Qanunçuluq və hüquq düşüncəsi” adlı kitabını universitetin elmi kitabxanasına hədiyyə edib.
Sonra Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu