T Ə D B İ R

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda dinc və müharibə dövründə Mülki Müdafiənin məqsədi mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə tədbir keçirilib.

Tədbir zamanı Muxtar Respublika ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə halların,dinc və müharibə dövründə mülki müdafiənin məqsədi, təşkil edilmə prinsipləri və vəzifələri, radiasiya təhlükəsi, kimyəvi və bioloji zəhərlənmələr zamanı davranış və fəaliyyət qaydaları, yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydaları və dəm qazının yaranma səbəbləri,ondan qorunma üsulları eləcə də zəhərlənmə zamanı davranış qaydaları haqqında prokurorluq əməkdaşları məlumatlandırılıb.

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Mətbuat Xidməti