Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Yanvar ayının 29-da Naxçıvan şəhər prokurorluğunun əməkdaşları tərəfindən Naxçıvan şəhəri 2 saylı Mənzil İstismar İdarəsində əhalinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədilə vətəndaşlarla görüş keçirilib.

Naxçıvan şəhər prokurorluğunun müstəntiqi Əşrəf Quliyev, Naxçıvan şəhər prokuorunun köməkçisi Aygül Əsədova və Naxçıvan şəhəri 2 saylı Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyevin iştirakı ilə həmin ərazidə yaşayan vətəndaşlarla keçirilən görüşdə mənzil qanunvericliyinə əsasən yaşayış sahələrinə və kommunal xidmətlərə görə ödəmələr və ətraf mütihin mühafizəsi mövzusunda söhbətlər aparılıb və suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi