Təcrübəçi tələbələrlə keçirilən görüşlər yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar 12 noyabr 2019-cu il tarixdən Naxçıvan Şəhər Prokurorluğunda təcrübədə olan Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri ilə keçirilən görüşlər artıq yekunlaşıb.

Naxçıvan Şəhər Prokurorluğunda olduqları müddətdə prokurorluğun fəaliyyət istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında tələbələrə ətraflı məlumat verilmiş, əlavə olaraq tələbələr prorkurorluqdakı qanunvericilik bazası və qanunvericiliyin sistemləşdirilməsi işi ilə də yaxından tanış olublar.

Bundan başqa Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi Abdulla Quliyev cinayət təqibi üzrə icraatın  aparılması, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və başqa məsələlər haqqında da tələbələr məlumatlandırılıb.

Təcrübənin sonunda prokurorluq və qanunvericiliyin digər istiqamətləri ilə bağlı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmış və bununla da Naxçıvan Şəhər Prokurorluğunda tələbələrlə keçirilən görüşlər yekunlaşıb.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminаt və infоrmаsiyа şöbəsi