Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Naxçıvan Biznes Mərkəzində olublar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları noyabr ayının 24-də Naxçıvan Biznes Mərkəzində olublar olublar.                                                             

Biznes Mərkəzi ilətanışlıq zamanı qeyd olunub ki,

Naxçıvanda yeni biznes əlaqələrinin qurulması və işgüzar görüşlərin keçirilməsi, sahibkarların maarifləndirilməsi, muxtar respublikada istehsal olunan məhsulların nümayiş etdirilməsi üçün ideal bir məkan - Naxçıvan Biznes Mərkəzi artıq uzun müddətdir ki, uğurla fəaliyyət göstərir. Naxçıvan şəhərinin bütün ünvanlarına rahat çıxışı olan bu məkanda sahibkarların aktiv iş fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Mərkəz 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayıb. 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir. 2013-cü ildə istifadəyə verilən mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir. Naxçıvan Biznes Mərkəzinin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodiki dəstək göstərməkdir.

 

Qeyd olunub ki, bu gün muxtar respublikada istehsal olunan məhsulların, eləcə də el sənətkarlarının hazırladıqları əl işləri və sənət əsərlərinin daha geniş məkanda təbliğ edilməsi və onların satışının təşkili məqsədilə şəhərin mərkəzində yerləşən əl işlərinin satışı mərkəzlərinin, Əshabi-Kəhf ziyarətgahında və Duzdağ Fizioterapiya Mərkəzindəki satış məntəqələrinin fəaliyyəti öz töhfəsini verir.

Ümumiyyətlə, bu gün tam əminliklə demək olar ki, Naxçıvan Biznes Mərkəzi son illərdə muxtar respublika sənayesinin, xalq sənətkarlığının, bir növ, güzgüsünə çevrilib. Buraya gələn hər bir xarici qonaq heç bir istehsal müəssisəsinə getmədən muxtar respublikanın özəl sektoru haqda dolğun məlumat ala bilir. Mərkəzdə nümayiş etdirilən, yüksək keyfiyyəti ilə seçilən, nəfis tərtibatla qablaşdırılan, insan əməyinin, göz nurunun, alın tərinin nəticəsi olan hər bir məhsul son illərdə doğma yurdumuzda sahibkarlığa göstərilən dövlət qayğısının bariz nümunəsidir.

 

  Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi