Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilmişdir

Aprel ayının 26-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsini icra edən, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev qeyd etdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və misilsiz işlər görmüş ulu öndər Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən dahi rəhbər idi. 1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi də məhz Heydər Əliyevin sayəsində həmin dövrdə qoyulmuş və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradılmışdır. Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, onun tərəfindən görülmüş işlərin möhtəşəmliyinə xalqımız tərəfindən verilən qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayan dövr “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Heydər Əliyevin adı ilə bağlı olan hər bir gün Azərbaycanın tale tarixi kimi qəbul edilir.

Qeyd olundu ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Muxtar Respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Ali Soveti qarşısında üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

Dövlət müstəqilliyini qazanmış Azərbaycanın ilk dövrlərdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti bir daha təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Belə bir böhranlı və ağır vəziyyətdə xalq çıxış yolunu yenə də müdrik şəxsiyyətin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür. Əgər bu həlledici mərhələdə çağdaş tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Azərbaycanda 1993-cü ildən sonra dövlət quruculuğu uğurla həyata keçirilməyə başlandı. Onun dühasının qüdrəti sayəsində Azərbaycanın demokratik quruculuq və milli inkişaf yolu milli xüsusiyyətlər və xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilməyə başlandı. Ölkədə siyasi və milli-ideoloji birliyin təməli qoyuldu, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrildi, bütün vətəndaşlarımızın ümdə əqidəsi oldu. Bir sözlə, dövlət quruculuğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələri idi.  Xalq-Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi.

Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanır və 1995-ci il noyabrın                 12-də referendumda xalq tərəfindən qəbul edilir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən edir. Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılır. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edir və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirir. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulur. Eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınır.

Vurğulandı ki, müstəqil Аzərbаycаn Rеspublikаsı milli prоkurоrluğunun dövlətçiliyin mаrаqlаrınа və insаn hüquqlаrının müdаfiəsinə хidmət еdən sivil bir qurum kimi fоrmаlаşmаsı dа ölkəmizdə həyаtа kеçirilən hərtərəfli islаhаtlаrın, о cümlədən məhkəmə-hüquq islаhаtlаrının mеmаrı kimi yаlnız ulu öndər Hеydər Əliyеvin dövlətçilik siyаsəti, оnun qаyğısı nəticəsində mümkün оlmuşdur. Məhz Ümummilli lidеrin 26 аprеl 2000-ci il tаriхdə Rеspublikа Prоkurоrluğunun rəhbər işçiləri ilə kеçirdiyi və Аzərbаycаn Prоkurоrluğunun həyаtındа müstəsnа rоl оynаmış tаriхi görüşdən sоnrа Аzərbаycаn Rеspublikаsı Prоkurоrluğundа hərtərəfili islаhаtlаrа bаşlаnılmаqlа, Dövlət bаşçısının tövsiyə və göstərişlərinə müvаfiq оlаrаq həyаtа kеçirilən tədbirlər nəticəsində prоkurоrluğun dеmоkrаtik məzmundа yеniləşməsi, mövcud nеqаtiv təzаhürlərin аrаdаn qаldırılmаsı, müаsir stаndаrtlаr səviyyəsində işləməyə qаdir оlаn kаdr kоrpusunun fоrmаlаşdırılmаsı, sоn nəticədə cinаyətkаrlığа qаrşı mübаrizə, insаn hüquq və аzаdlıqlаrının müdаfiəsi üçün zəruri tələblər səviyyəsinə qаldırılmаsı təmin еdilşmişdir. İndi cəsаrətlə dеmək оlаr ki, prоkurоrluq оrqаnlаrındа köklü və mütərəqqi islаhаtlаrın bаnisi yаlnız Ulu öndər Hеydər Əliyеvdir.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətində bəşəri meyarlarla yanaşı, milli mənəviyyata bağlılıq həmişə öncül yerlərdən birini tutmuşdur. Bütün məsələlərdə mənəvi dəyərləri önə çəkən, xalqımızın mental baxışlarını hər zaman yüksək dəyərləndirən Heydər Əliyev dövlətçilik məsələlərində də milli-mənəvi dəyərlərimizə çox bağlı bir şəxsiyyət idi. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi möhtəşəm dövr Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində ulu öndər ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı, ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Bir sözlə, Heydər Əliyev zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

            Bu gün Heydər Əliyev ideyalarının alternativi olmadığını xalqımız çox gözəl anlayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmzin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin ictimai-siyasi irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

            Qeyd olundu ki, bu il aprelin 11-də keçirilən prezident seçkiləri bir daha təsdiq etdi ki, respublikamız demokratiya yolu ilə inamla irəliləyir. Ona görə də bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə demokratik və azad seçkilərdən biri kimi düşüdü. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırdı, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdı. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və ölkə Prezidentinin ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması, eləcə də ölkəmizin beynəlxaq miqyasda təbliği və yaxından tanıdılması müasir və sürətlə dəyişən qloballaşma dövründə xüsusilə aktualdır.

Sonda ifadə etdi ki, öz müdrik siyasəti ilə yeni və müstəqil Azərbaycan dövlətini yaradan ulu öndər Heydər Əliyevin şəxsiyyətinə xalqımızın ehtiramı böyükdür. Dahi Şəxsiyyətin parlaq və unudulmaz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və onun dühası ölkəmizin gələcək inkişaf yollarını daima işıqlandıracaqdır.

Konfransda Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov, Muxtar Respublika Prokuorluğunun şöbə rəisləri: Pərviz Züıfüqarov, Faiq Səfərov, Nihad Abbasov və Tural Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının tərəqqisi naminə gürdüyü möhtəşəm işlərdən danışdılar.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi