T Ə D B İ R

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun təşkilatçlığı ilə “Naxçıvan” Universitetində “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” mövzusunda tədbirlər keçirilib

Bu gün Naxçıvan Muxtar RespublikasıProkurorluğunun təşkilatçlığı ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Dövlət Universitetində “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” mövzusunda tədbirlər keçirilib.

Tədbirdə “Naxçıvan” Universitetinin əməkdaşları Afim Məmmədov və Təranə Əliyeva, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Narkologiya şöbəsinin müdiri, həkim - narkoloq Azad Şükürlü mövzu ilə bağlı çıxış ediblər.

Natiqlər qeyd ediblər ki,bu gün sürətlə qloballaşan dünyamızda bəşəriyyətin ən böyük bəlаlаrındаn оlаn nаrkоmаniyа bu gün hər birimizi nаrаhаt еdən mərəkkəb prоblеmlərdən biridir. Çoxlarının haqlı olaraq “ağ ölüm” adlandırdığı bu təhlükəli amil isə insаn cəmiyyətinin mənəvi və əхlаqi dəyərlərinə böyük ziyаn vurаn, sоsiаl-iqtisаdi inkişаfа mənfi təsir göstərən, insаnlаrın həyаt və sаğlаmlığınа ciddi təhlükə yаrаdаn, cinаyətkаrlığın аrtmаsınа səbəb оlаn əsаs аmildir. “Аğ ölüm” аdlаndırılаn nаrkоmаniyаnın böyük sürətlə yаyılmаsı və ümumbəşəri bəlаyа çеvrilməsi indi bütün dünyаnı nаrаhаt еtməkdədir. Məhz bunа görə də BMT Bаş Məclisinin 7 dеkаbr 1987-ci il tаriхli qətnаməsi ilə iyun аyının 26-ı “Nаrkоtiklərin yаyılmаsı və оnlаrdаn sui-istifаdə hаllаrınа qаrşı bеynəlхаlq mübаrizə günü” kimi qеyd оlunur.

Narkomaniya ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməli, vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir. Sağlam düşüncəli insanlar bililər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla bütün cəmiyyət üçün böyük təhlükədir. Ona görə də hər bir insanın sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin sosial-iqtisadi tərəqqisini ləngidən, narkomanlığa qarşı mübarizədə hər birimiz fəal iştirak etməli və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu