Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçlığı ilə Naxçıvan Dövlət Texniki Kollecində tədbir keçirilib
Oktyabr ayının 20-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçlığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” mövzusunda tədbirlər keçirilib. Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Rişanov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Narkologiya şöbəsinin müdiri, həkim - narkoloq Azad Şükürlü mövzu ilə bağlı çıxış ediblər.
Naxçıvan Muxtar Respublikasının Prokurorluğu