Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Yengicə kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə “Narkotikə dur deyək!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru iştirak etmişdir.
Şərur rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Elvin Qulusoylu “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət mübarizə proqramları və gənclərin mənəvi inkişafı” başlıqlı mövzu ilə, rayon Prokurorluğunun müstəntiqi II dərəcəli hüquqşünas Rauf Cəfərov “Narkotik vasitələrlə bağlı cinayətlər haqqında” mövzusunda və Yengicə kənd tam orta məktəbinin direktoru Pakizə Ağayeva “Təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən qorunması üzrə işin təşkili” mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilmişdir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
Mətbuat Xidməti