Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçlığı ilə Naxçıvan Dövlət Universitetində “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” mövzusunda tədbirlər keçirilib
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçlığı ilə oktyabr ayının 11-də Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Dövlət Universitetində “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” mövzusunda tədbirlər keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Magistatura və doktarantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq səfərov və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Narkologiya şöbəsinin müdiri, həkim - narkoloq Azad Şükürlü mövzu ilə bağlı çıxış ediblər.
Tədbirdə qeyd olunub ki, sürətlə qloballaşan dünyamızda bəşəriyyətin ən böyük bəlаlаrındаn оlаn nаrkоmаniyа bu gün hər birimizi nаrаhаt еdən mərəkkəb prоblеmlərdən biridir. Çoxlarının haqlı olaraq “ağ ölüm” adlandırdığı bu təhlükəli amil isə insаn cəmiyyətinin mənəvi və əхlаqi dəyərlərinə böyük ziyаn vurаn, sоsiаl-iqtisаdi inkişаfа mənfi təsir göstərən, insаnlаrın həyаt və sаğlаmlığınа ciddi təhlükə yаrаdаn, cinаyətkаrlığın аrtmаsınа səbəb оlаn əsаs аmildir. “Ağ ölüm” ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməli, vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir. Sağlam düşüncəli insanlar bililər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla bütün cəmiyyət üçün böyük təhlükədir. Ona görə də hər bir insanın sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin sosial-iqtisadi tərəqqisini ləngidən, narkomanlığa qarşı mübarizədə hər birimiz fəal iştirak etməli və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu