A K S İ Y A

Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü ərəfəsində ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə sentyabrın 22-də Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi prokurorluq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də rayon, şəhər prokurorluqları və ərazi hərbi prokurorluqlarının əməkdaşlarının iştirakı ilə könüllü qanvermə aksiyası keçirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada ümumilikdə 192 nəfər prokurorluq əməkdaşı iştirak edib.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Mətbuat Xidməti