T U R N İ R

Prokurorluq komandası yarışda iştirak edib

Sentyabrın 19-20- də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gənc dövlət qulluqçularının II Çoxnövçülük Kuboku” adlı intellektual turnir keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı keçirilən turnir Naxçıvan Şahmat Mərkəzində baş tutub.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc dövlət qulluqçularının II Çoxnövçülük Kubokunda 30 dövlət orqanından 180 gənc dövlət qulluqçusunun iştirak etdiyi yarışda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun gənc əməkdaşları “Prokurorluq” komandası olaraq iştirak edib. İki gün davam edən yarışda müxtəlif mövzulara həsr edilən 3 mərhələdə mübarizə aparılıb.
Prokurorluq komandası yarışda III yerə layiq görüldüyündən Diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Mətbuat Xidməti