T Ə D B İ R

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kadrlar şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Teymur Vəliyevin qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokuroru Sənan Paşayev sentyabrın 21-də onu qəbul edərək Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə “Fəxri fərmanla” təltif edilməsi, Naxçıvan Muxtar Respublikası Prokurorunun əmrinə əsasən isə “Qiymətli hədiyyə” ilə mükafatlandırılması ilə bağlı “Fəxri fərman” və “Qiymətli hədiyyə”ni təqdim edib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmişlər.

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Mətbuat Xidməti