Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq avqustun 30-da Sədərək rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sədərək rayon prokurorluğunun əməkdaşları və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Sədərək rayon prokuroru Valid Mustafayev Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Ümumilli lider Heydər Əliyev Azərbaycanda huquqi islahatlarin banisidir” mövzusunda çıxış edib.
Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri Şərafəddin Şükürov "Heydər Əliyev dühasının şah əsəri müasir Azərbaycan", Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri Arif Qasımov "Müstəqillik illərində Azərbaycanda demokratiyanın, milli dövlətçilik ideya və ənənələrinin inkişafı", rayon təhsil şöbəsinin müdiri Sirac Qarayev Azərbaycan Respublikasıda təhsilin inkişafında Heydər Əliyevin rolu və xidmətləri və rayon Mədəniyyət şöbəsinin müdiri Rəşad İsmayılov" Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında rolu" mövzularında çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Mətbuat Xidməti