Şahbuz rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq avqustun 18-də Şahbuz rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şahbuz rayon prokurorluğunun əməkdaşları və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şahbuz rayon prokuroru Emil Abdullayev Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Dahiliyin Heydər Əliyev - ünvanı” mövzusunda çıxış edib.

Tədbirdə Şahbuz rayon İcra Hakimiyyətinin şöbə müdiri Həsən Seyidov "Heydər Əliyev və dövlət quruculuğu", Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının sədri Rizvan Həziyev" Heydər Əliyevin Şahbuz rayonu ilə bağlı unudulmaz xatirələri", və Şahbuz rayon təhsil şöbəsinin müdiri Araz Məmmədov" Azərbaycan təhsilinə Heydər Əliyev qayğısı" mövzularında çıxış ediblər.

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Mətbuat Xidməti