Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
İyulun 11-də Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 70 nəfər vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntularının, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələrin və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı