Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları ümummilli lider Heydər Əliyevin adını daşıyan Müzeyi ziyarət edib
Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunun əməkdaşları Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar aprelin 27-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini ziyarət edib.
Muzeydə dahi liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən materiallarla yanaşı, ümummilli liderə məxsus şəxsi əşyalar və digər mühüm eksponatlarla tanış olublar.
Sonda xatirə fotoşəkili çəkdirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu