A K S İ Y A

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar prokurorluq işçiləri tərəfindən könüllü qanvermə aksiyası keçirilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək olmaq məqsədilə aprelin 26-da Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də tabe şəhər və rayon prokurorluqlarında könüllü qanvermə aksiyası keçirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada ümumilikdə 280 nəfər prokurorluq əməkdaşı iştirak edib.

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu