Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2021-ci ilin birinci yarımilində görülən işlərin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib

İyul ayının 12-də Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən 2021-ci ilin birinci yarımilində görülən işlərin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2021-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Naxçıvan Muxtar Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq məruzə ilə çıxış edib.

Bildirilib ki, muxtar respublikanın prokurorluq orqanları öz işini altıncı çаğırış Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin dördüncü sеssiyаsındа Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənаb Vаsif Tаlıbоvun hüquq-mühafizə orqanlarının profilaktika tədbirlərini davam etdirmələri, ictimai asayişin və sabitliyin qorunmasını daim diqqətdə saxlamaları barədə qarşıya qoyduğu vəzifələri həyata keçirmək istiqamətində qurub.

Qeyd olunub ki, həmin sеssiyаdа kənd təsərrüfatına yararlı torpaqlardan qanunsuz istifadə ilə bağlı qarşıya qoyulan vəzifələr prokurorluq əməkdaşlarından aidiyyəti orqanlarla birlikdə bu sahəyə məsuliyyətlə yanaşmağı tələb edir. Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları aidiyyəti qurumlarla birlikdə torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması və torpaqlardan təyinatına zidd istifadə hallarının qarşısının alınması üçün qanunvericilik çərçivəsində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

Prokuror bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyalarındəstəklənməsihaqqında”2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri hesabat dövründə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Keçirilən görüşdə tələbələrə startap layihələri və istintaq hərəkətlərinin aparılmasına aid slaydlar nümayiş etdirilib, həmçinin kitabxana fondu, prokurorluq orqanlarında müraciətlərə baxılması, ittihamı elanetmə qaydaları və ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında məlumatlar verilib.

Vurğulanıb ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Rеspublikası Prоkurоrluğu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, “Prokurorluq haqqında” qanunu və digər normativ-hüquqi aktları rəhbər tutaraq ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edib, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Mətbuat xidməti