Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşmüşdür.

Ali Məclisin Sədri səfiri salamlamış, Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ikitərəfli əlaqələrdəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir.

Zurab Pataradze göstərilən diqqətə görə minnətdarlıq etmiş, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından danışmışdır. İkitərəfli münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını ifadə edən qonaq Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiklərini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraqdoğuran məsələlər müzakirə edilmiş, xatirə şəkli çəkdirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti