Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslər Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Tədbir iştirakçıları abidə önünə güllər düzüb, Ulu Öndərimizin xatirəsinə dərin ehtiramlarını bildiriblər.