Baş Prokurorluqda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Dekabrın 11-də Baş Prokurorluqda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İlk öncə Baş Prokurorluğun rəhbərliyi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Bundan sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Heydər Əliyev irsini öyrənmək, onu təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmaq bu gün dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu mənada möhtərəm Prezident cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi barədə Sərəncam imzalaması Ümummilli liderimizin əziz xatirəsini əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

Vurğulanıb ki, Ulu Öndərin respublikamıza ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdə onun təşəbbüsü və ciddi səyləri nəticəsində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlamışdır. Məhz həmin dövrdən Heydər Əliyev öz xalqının öndəri olduğunu özünün konkret siyasi-idarəçilik fəaliyyəti ilə sübuta yetirməklə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl qoymuşdur.

Ətraflı: https://genprosecutor.gov.az/az/post/7118

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu