Naxçıvan Muxtar Respublikası Prokurorunun təşkilatçılığı ilə Muxtar Respublika Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) Prokurorluqlarının əməkdaşları noyabrın 7-də "8 noyabr - Zəfər Günü" münasibətilə tədbir keçiriblər.
Naxçıvan Muxtar Respublikasının Prokuroru və əməkdaşları Naxçıvan şəhərinin mərkəzində yerləşən Zəfər parkını ziyarət edərək, Momerial kompleksin önünə gül dəstələri qoyaraq kompleksin önündə xatirə şəkli çəkdiriblər.
Bundan sonra Prokurorluq əməkdaşları Gənclik kinoteatrında Naxçıvan Dövlət Televiziyasının ərsəyə gətirdiyi sənədli filmə baxıblar.
Naxçıvan Muxtar Respublikasının Prokurorluğu