Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçisi ilə görüş

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı İsa Məhərrəmovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokuroru Sənan Paşayev oktyabrın 23-də onu qəbul edərək Azərbaycan Respublikası Baş prokurorunun  müvafiq əmri ilə təltif olunduğu “Fəxri fərmanı” təqdim edib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkilib.

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu