Türkiyənin Ali Məhkəməsinin sədri və Ali Məhkəmənin Baş prokurorunun Naxçıvana səfəri

Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Naxçıvanın zəngin tarixi-mədəni abidələri, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və "Elektron Prokurorluq İnformasiya Sistemi", eləcə də Muxtar Respublikanın Ali Məhkəməsinin fəaliyyəti ilə əyani tanış olublar.

Nümayəndə heyətinin səfəri yekunlaşıb.

 

 

 

NAXCİVANXEBERLERİ.COM