Türkiyə Respublikası Ali Məhkəməsinin sədri və Ali Məhkəmənin Baş prokuroru Naxçıvana səfəri

Bu gün Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin Naxçıvan Muxtar Respublikasına işgüzar səfər ediblər. 

Səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Sonra Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin və digər qonaqlar Heydər Əliyev Muzeyinə gedərək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra qonaqlar Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini, Şəhidlər xiyabanını və Şəhidlər Xiyabanında Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər qoyublar. 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Türkiyə Respublikası Ali Məhkəməsinin sədri, Ali Məhkəmənin Baş prokuroru və digər rəsmi şəxslərin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü olub.

NAXCİVANXEBERLERİ.COM