"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı olub

"PAŞA Bank"ın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir.

Qonaqlar ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

Hazırda Naxçıvan Biznes Mərkəzində "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" mövzusunda konfrans keçirilir. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edib.

Daha sonra konfrans panel müzakirələri ilə davam edəcək.

 

 

 

 

 

 

 

 

 

 

NUHÇIXAN