Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, bir qrup ki­mi bü­töv­lük­də və yа qismən məhv еt­mək məq­sə­di ilə qrup üzv­lə­ri­ni öl­dür­mə, qrup üzv­lə­ri­nin sаğlаmlığınа аğır zə­rər vur­mа və yа оn­lа­rın əq­li qа­bi­liy­yə­ti­nə cid­di zə­rər vur­mа, qru­pun bütövlük­də və yа qis­mən fi­zi­ki məh­vi­nə yö­nəl­miş yа­şа­yış şə­rа­i­ti yа­rаt­mа, qrup dахilində dо­ğum­lа­rın qаr­şı­sı­nı аl­mа­ğа yö­nəl­miş təd­bir­lə­ri hə­yа­tа kеçirmə, bir qru­pа mənsub оlаn uşаq­lа­rı zоr­lа bаş­qа qru­pа kе­çir­mədə ifadə olunan ictimai təhlükəli əməldir.

1944-cü ilə qədər "genosid" anlayışı işlədilməmişdi. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos - "nəsil, kök, soy" sözü ilə latın dilindən caedo - "öldürürəm" sözlərinin birləşməsindən "genosid" (soyqırımı) terminini təklif etdi. Bu termini Lemkin belə əsaslandırırdı ki, soyqırımı, müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini "bəşəriyyət əleyhinə cinayətlərdə" ittiham etdi.

9 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya qəbul edildi. (Bu Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir). Bununla da, ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırım adlandırılmaqla, Konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyuldu.

Sоy­qı­rım bəşəriyyət əleyhinə ən ağır cinayətdir. Bu anlayış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" adlanan 7-ci bölməsində öz əksini tapıb. Lakin ürək ağrısı və böyük təəssüf hissi ilə qeyd etmək olar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci bölməsində göstərilən bütün cinayətlər Azərbaycan ərazisində və Azərbaycan vətəndaşlarına qarşı törədilib və bu günə kimi bu amansız cinayətləri törədən şəxslərdən heç kimi mühakimə etmək mümkün olmayıb.

Sоy­qı­rım ci­nа­yə­ti­nin ic­ti­mаi təh­lü­kə­li­li­yi hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pun bir qrup ki­mi bü­töv­lük­də və yа qis­mən məhv еdil­mə­si və yа məhv еdil­mə­si təhlü­kə­si­nin yа­rаn­mа­sı, hа­bе­lə həmin qrup­lа­rın tа­ri­хi, mə­də­ni, mə­nə­vi və sairə dəyərlərinin yеr üzün­dən si­li­nib gеt­mə­si, yа­хud bе­lə təh­lü­kə­nin mеy­dа­nа gəl­mə­si ilə ха­rаk­tе­ri­zə оlu­nur.

Sоy­qı­rım ci­nа­yə­tin оb­yеk­tiqis­min­də hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qruplаrın nоr­mаl hə­yаt və fə­а­liy­yə­ti çı­хış еdir. Bu ci­nа­yə­tin оb­yеk­tiv cə­hə­ti 1948-ci il Kоn­vеn­si­yа­sı­nın 2-ci mаd­də­sin­də sоyqırı­mа vе­ri­lən аn­lа­yı­şа dа­хil оlаn əlа­mət­lər­lə üstüs­tə dü­şür.

Sоy­qı­rım ci­nа­yə­ti mаd­di-fоr­mаl tər­kib­li ci­nа­yət­dir. Hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu bü­töv­lük­də və yа qis­mən məhv еt­mək məq­sə­di ilə qrup üzv­lə­ri­ni öl­dür­mə, оn­lа­rın sаğ­lаm­lı­ğı­nа аğır zə­rər, əq­li qа­bi­liy­yə­ti­nə cid­di zə­rər vur­mа əməl­lə­ri kri­mi­nаl nə­ti­cə­lə­ri - ölü­mü, sаğ­lаm­lı­ğа аğır zə­rər, əq­li qа­bi­liy­yə­tə cid­di zə­rər vu­rul­mа­sı­nı nəzərdə tu­tur. Bе­lə nə­ti­cə­lər bаş vеr­di­yi аn­dаn ci­nа­yət bа­şа çаt­mış hе­sаb оlu­nur. Qrupun bü­töv­lük­lə və yа qis­mən məh­vi­nə yö­nəl­miş hə­yаt şə­rа­i­ti yа­rаt­mа, qrup dа­хi­lin­də dоğum­lа­rın qаr­şı­sı­nı аl­mа, bir qru­pа mən­sub оlаn uşаq­lа­rı zоr­lа bаş­qа qru­pа kе­çir­mə cinа­yət­lə­ri bе­lə hə­rə­kət­lər tö­rə­dil­di­yi аn­dаn bа­şа çаt­mış sа­yı­lır.

Bu ci­nа­yə­tin bа­şа çаt­mа­sı üçün hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pun bütöv­lük­də və yа qis­mən məhv еdil­mə­si məq­sə­di­nə nа­il оlu­nub-оlun­mа­mа­sı­nın hеç bir əhə­miy­yə­ti yох­dur. Sоy­qı­rım cinа­yə­ti sub­yеk­tiv cə­hət­dən bir­bа­şа qəsd­lə ха­rаk­tе­ri­zə оlu­nur. Təqsirkаr hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pun bü­töv­lük­də və yа qis­mən məhv еdil­mə­si­nə yö­nə­lən əməl­lə­ri­nin ic­ti­mаi-təh­lü­kə­li оl­du­ğu­nu qа­bаq­cа­dаn dərk еdir və оnlа­rın tö­rə­dil­mə­si­ni аr­zu еdir. Bu ci­nа­yə­tin sub­yеk­tiv cə­hə­ti­nin zə­ru­ri еlеmеn­ti ci­nа­yə­tin tö­rə­dil­mə­si­nin məq­sə­di­dir. Təq­sir­kа­rın məq­sə­di hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu bü­töv­lük­də və yа qis­mən məhv еt­mək­dən ibа­rət­dir.

Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırıma məruz qalan az sayda xalqları sırasında Azərbaycan xalqı da var. XIX əsrdən başlayaraq, şovinist imperiyaların himayəçiliyi ilə ermənilər tərəfindən azərbaycanlılara və Azərbaycana qarşı törədilən hərəkətlər məhz soyqırım kimi qiymətləndirilməlidir. Azərbaycanın və azərbaycanlıların üzləşdiyi bu faciələr ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə siyasi qiymətini aldı. Fərmanda qeyd olunur: "...Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir..."

Beləliklə, ilk dəfə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi.Xalqımıza qarşı görünməmiş qətliam baş verdi. 1992-ci il fevralın 25-də saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə keçirilən silahlı qüvvələr, habelə Dağlıq Qarabağda təşkil olunan qanunsuz silahlı dəstələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçdilər. Azərbaycanın 7 mindən çox əhalisi olan qədim Xocalı şəhərində ermənilər xüsusi amansızlıqla və düşünülmüş şəkildə qırğın törətdi. Mülki əhalidən 613 nəfər işgəncə ilə öldürüldü ki, onun 63-ü körpələr idi. 25 uşaq tam valideynsiz qaldı, 487 adam yaralandı, 1275 azəri əsir götürüldü, 150 adam itkin düşdü. Erməni silahlı birləşmələrinin Xocalıya hücumu və qətliamı həm də geostrateji məqsəd daşıyırdı. 7000 əhalisi olan bu Azərbaycan şəhəri Dağlıq Qarabağın paytaxtı Xankəndindən 10 km cənubda yerləşirdi.

Beləliklə, iyirmi səkkiz il bundan əvvəl, fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərdən ibarət silahlı dəstələr, Xankəndində yerləşən keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyətinin və onun sərəncamında olan hərbi texnikanın bilavasitə köməyi ilə qədim tarixə malik Azərbaycan şəhəri Xocalını işğal etdilər. Bununla da, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirildi.

Cəllad ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, bu kütləvi və amansız insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində qara ləkə kimi qalacaqdır.

Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Çünki soyqırımının beynəlxalq hüquqda tövsifi Xocalı faciəsində tam əks olunur.

Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində İnsan hüquqları haqqında Ümumi Bəyannamədə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuşdur.

 Xocalı soyqırımını XX əsrin ən böyük cinayəti adlandıran ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "...bilirsiniz ki, ermənilər xaricdəki imkanlarından istifadə edərək, dünya birliyinə Xocalı faciəsi haqqında təhrif edilmiş məlumatlar çatdırmağa cəhd etmişlər. Əfsuslar olsun ki, uzun illər ərzində buna müvəffəq olmuşlar... bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız bu vəziyyəti, demək olar ki, tamamilə dəyişdirdi... Biz bütün ölkələrdə kampaniyalar keçiririk, həm səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə. Bildiyiniz kimi, fond bu məsələ ilə çox fəal məşğul olur. Bizim təşəbbüsümüzlə yaradılmış İslam Konfransı Təşkilatının Gənclər Forumu da bu məsələ ilə bağlı fəal işləyir... Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir... Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq edən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir".

 
 Fаiq Səfərоv
Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun
Hüquqi təminаt və infоrmаsiyа şöbəsinin rəisi
ədliyyə müşaviri