Sərxoş vəziyyətdə avtomobil idarə etmək məsuliyyətə səbəb olur?

Sual: Qanunvericiliyə əsasən qanda alkoqolun konsentrasiyasının neçə promilli olması şəxsin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd  hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.(https://naxcivanxeberleri.com/bloq/serxos-veziyyetde-avtomobil-idare-etmek-mesuliyyete-sebeb-olur-10037)

 

Naxçıvan şəhər prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Aygül Əsədova