Sual: Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hansı hallarda cinayət məsuliyyyətinə səbəb olur?
Cavab: Azərbaycan Respublikasının cinayət qanunvericliyinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (iyirmi min manatdan, yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləğdə) xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda (otuz min manatdan artıq olan məbləğdə) törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(https://naxcivanxeberleri.com/bloq/xarici-valyuta-vesaitlerini-xaricden-qaytarmama-hansi-hallarda-cinayet-mesuliyyyetine-sebeb-olur-9815)
Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Amin Məmmədzadə