Torpaq icarəçisinin vəzifələri nədən ibarətdir?

Sual: Torpaq icarəçisinin vəzifələri nədən ibarətdir?

Cavab: "Torpaq icarəsi haqqında" Qanuna əsasən torpaq icarəçisi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin  şərtlərinə  və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq, icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək vəzifələrini daşıyırlar.(https://naxcivanxeberleri.com/bloq/torpaq-icarecisinin-vezifeleri-neden-ibaretdir-9808)  

 

Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Amin Məmmədzadə