Sual: Qadını nikaha daxil olmağa məcbur etmə hansı məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən qadını nikaha daxil olmağa məcbur edən şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(https://naxcivanxeberleri.com/bloq/qadini-nikaha-daxil-olmaga-mecbur-etme-hansi-mesuliyyete-sebeb-olur-9525)
Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Elvin Qulusoylu