“Media haqqında” Qanun hansı qaydaları müəyyən edir?

Sual: “Media haqqında” Qanun hansı qaydaları müəyyən edir?

Cavab: Media haqqında Azərbaycan Respublikasinin Qanunu əsasən media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. “Media haqqında” Qanun 30 dekabr 2021-ci il tarixdə qəbul edilib.
Media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir.(https://naxcivanxeberleri.com/bloq/media-haqqinda-qanun-hansi-qaydalari-mueyyen-edir-9115)

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri Səttar Əsgərov