Sual: Nikah nədir?
Cavab: Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah rəsmi qəbul edilir. Kəbinkəsmə (dini nikah) heç bir hüquqi əhəmiyyətə malik deyil.(https://naxcivanxeberleri.com/bloq/nikah-nedir-8850)
Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri Səttar Əsgərov