Atamın dəfni ilə bağlı hər hansı bir maddi yardım ala bilərəmmi?

Sual: Atam rəhmətə gedib, maddi imkanım azdır. Atamın dəfni ilə bağlı hər hansı bir maddi yardım ala bilərəmmi?

Cavab: Bəli, dəfn xərcləri ilə bağlı müavinət almaq hüququnuz vardır. Belə ki, Əmək pensiyaçısının vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Sosial müavinət və ya işsizlikdən siğorta ödənişini alan şəxs vəfat etdikdə isə 500 (beş yüz) manat məbləğində dəfn üçün birdəfəlik müavinət ödənilir. Lakin rəhmətə getmiş şəxs əmək pensiyası almadıqda və Sosial müavinət və işsizlikdən siğorta ödənişi almayan şəxs olduqda dəfn xərcləri ilə bağlı müavinət verilmir.(https://naxcivanxeberleri.com/bloq/atamin-defni-ile-bagli-her-hansi-bir-maddi-yardim-ala-bileremmi-8735)

 

Culfa rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Heydər İbrahimli