Kimlər yaxın qohum hesab olunur?

Sual: Kimlər yaxın qohum hesab olunur?

Cavab: Babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar,ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr yaxın qohumlardır. Qohumlar isə babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz.(https://naxcivanxeberleri.com/bloq/kimler-yaxin-qohum-hesab-olunur-8707)

 

 

 

Şərur rayon Prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Rauf Cəfərov