Heyvanın vurduğu zərərin əvəzini sahibi ödəməlidirmi?

Sual: Heyvanın vurduğu zərərin əvəzini sahibi ödəməlidirmi?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.(https://naxcivanxeberleri.com/bloq/heyvanin-vurdugu-zererin-evezini-sahibi-odemelidirmi-8220)

 

 

 

 

 

 

Babək rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Nəriman Vəliyev