Sual: Şəxs özünün və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilərmi?
Cavab: Xeyr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır.(https://naxcivanxeberleri.com/bloq/sexs-ozunun-ve-ya-yaxin-qohumlarinin-eleyhine-ifade-vermeye-mecbur-edile-bilermi-8208)
Babək rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Nəriman Vəliyev