Cinayət sübutların əvvəlcədən əldə edilməsi hansı hallar müəyyən edilə bilər?

Sual: Cinayət prosesində sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi nəticəsində hansı hallar müəyyən edilə bilər?

Cavab: Cinayət Prosessual qanunvericiliyə əsasən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi əsasında aşağıdakı hallar müəyyən edilir:

  1. Tibb sahəsində ekspertin rəyi əsasında - ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri; 

  2. Psixiatriya sahəsində ekspertlərin rəyi əsasında - şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması; 

  3. Psixiatriya sahəsində ekspertlərin rəyi əsasında - şahidin və ya zərər çəkmiş şəxsin cinayət işi üzrə müəyyən edilməli halları xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində düzgün qavrayıb təsvir edə bilməməsi;

  4. Tibb və psixologiya sahəsində ekspertlərin rəyi əsasında - zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin müəyyən yaş həddinə çatması haqqında sənədləri olmadıqda yaşın müəyyən edilməsi;

  5. Məhkəmə hökmünün surəti əsasında - təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi; (https://naxcivanxeberleri.com/bloq/cinayet-subutlarin-evvelceden-elde-edilmesi-hansi-hallar-mueyyen-edile-biler-7917)

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri Səttar Əsgərov