Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda cinayət məsuliyyətinə cəlb edilir?

Sual: Dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda cinayət məsuliyyətinə cəlb edilir?

Cavab: Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 50.000 manatdan artıq məbləğdə ziyan vuran və ya gəlir əldə edən şəxs cinayət məsuliyyətinə cəlb edilir və cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(https://naxcivanxeberleri.com/bloq/sahibkarliq-fealiyyeti-ile-mesgul-olan-sexs-hansi-halda-cinayet-mesuliyyetine-celb-edilir-7904)

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri Səttar Əsgərov