Sual: Dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda inzibati məsuliyyətə cəlb edilir?
Cavab: Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 50.000 manatadək məbləğdə ziyan vuran və ya gəlir əldə edən şəxs inzibati məsuliyyətə cəlb edilir və inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda inzibati cərimə edilir.
Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov