Sahibkarlıq fəaliyyəti nədir?

Sual: Sahibkarlıq fəaliyyəti nədir?

Cavab: Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsin vergi ödəmək vəzifəsi:
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmalıdır.

Dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs vurduğu ziyanın və ya əldə etdiyi gəlirin miqdarından asılı olaraq inzibati və ya cinayət məsuliyyəti daşıyır.(https://naxcivanxeberleri.com/bloq/sahibkarliq-fealiyyeti-nedir-7879)

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov